Bakının bəzi ərazilərində qaz olmayacaq

Cəmiyyət Xəbər 18 Sentyabr 2026 07:19 (UTC +04:00)
Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakı. Trend:

“Hövsan-Digah” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar sentyabrın 18-də saat 10:00-dan işlər yekunlaşanadək Bakının bir sıra ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, fasilə Xətai rayonunun M.Hadi və A.Rəhimov küçələrini, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrini, Babək prospektini, həmçinin Sabunçu rayonunun Balaxanı qəsəbəsində bir sıra küçələri və Fazenda yaşayış massivini əhatə edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti