ABŞ Avropadakı hərbi kontingentini üçdəbirə qədər azalda bilər

Dünya xəbərləri Xəbər 18 Sentyabr 2026 05:06 (UTC +04:00)
ABŞ Avropadakı hərbi kontingentini üçdəbirə qədər azalda bilər

Bakı. Trend:

Pentaqon Avropadakı hərbi kontingentini üçdəbirə qədər azaldılmasını nəzərdən keçirir.

“NBC News” bu barədə mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Avropadakı ABŞ hərbçilərinin sayı ən azı 25 min nəfər azaldıla və kontingent 40 min nəfərə endirilə bilər. İxtisarların Almaniya, İspaniya və İtaliyaya təsir edə biləcəyi bildirilir.

Pentaqon, həmçinin hərbi təyyarə, gəmi və digər silahların Avropadan çıxarılması imkanlarını araşdırır. Müvafiq hesabatın noyabrın 6-dək hazırlanacağı və daha sonra Prezident Donald Trampa təqdim ediləcəyi gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti