Bakı. Trend:
Yardımlı stansiyasından 23 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 16:03 qeydə alınan zəlzələnin maqnitudası 3.1 olub. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin ocağı 19 kilometr dərinlikdə yerləşib.
