Sloveniya Ukrayna ilə PUA müqaviləsi bağlamaqda maraqlı olduğunu bildirib

Dünya xəbərləri Xəbər 18 Sentyabr 2026 02:16 (UTC +04:00)
Sloveniya Ukrayna ilə PUA müqaviləsi bağlamaqda maraqlı olduğunu bildirib

Bakı. Trend:

Sloveniyanın müdafiə naziri Valentin Haydinyak Kiyevə səfəri zamanı Sloveniyanın Ukrayna ilə pilotsuz sistemlər sahəsində müdafiə əməkdaşlığı haqqında saziş imzalamaqda maraqlı olduğunu qarşı tərəfə bildirib.

Bu barədə Sloveniyanın Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib.

“Sloveniyanın müdafiə naziri Valentin Haydinyak Kiyevdə beş Sloveniya şirkətinin nümayəndələri ilə birlikdə müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib. O, Sloveniya tərəfinin birgə layihələr üçün imkanlar yaradan Drone Deal təşəbbüsünə qoşulmaqda maraqlı olduğunu ifadə edən məktubu Ukrayna tərəfinə təqdim edib”, – deyə qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti