Bakı. Trend:
İsveçdə hərbi poliqonda baş verən partlayış nəticəsində hərbçilər də daxil olmaqla yeddi nəfər xəsarət alıb.
Bu barədə "Sveriges Radio" məlumat yayıb.
Onun məlumatına görə, partlayış saat 16:00-dan sonra Karlskruq şəhəri yaxınlığındakı hərbi poliqonda baş verib. Yeddi nəfər xəsarət alıb, onlardan beşi reanimasiya şöbəsindədir. İsveç Silahlı Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, xəsarət alanlar arasında hərbçilər də var. Polis partlayışın səbəblərini müəyyənləşdirir.