UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib

Cəmiyyət Xəbər 17 Sentyabr 2026 12:46 (UTC +04:00)
UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib

Bakı. Trend:

Süni İntellektin elm, təhsil və inzibati fəaliyyətə sürətlə inteqrasiyası UNEC-də onun istifadəsinə dair vahid institusional çərçivənin formalaşdırılmasını zəruri edib. Bu məqsədlə UNEC Elmi Şurasının qərarı ilə UNEC-in Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi qəbul edilib.

Kodeks UNEC-in Sİ dövründə fəaliyyətinin əsas prinsiplərini müəyyənləşdirir. Universitet Sİ-yə qadağan edilməli texnologiya kimi deyil, insanın imkanlarını gücləndirən tərəfdaş kimi yanaşır. Burada məqsəd Sİ-nin insanın düşünmə və qərarverməsini əvəzləməsi deyil, “İnsan + Sİ + İnsan” modelinin formalaşdırılmasıdır.

Sənəd akademik dürüstlük, məxfilik, məlumat təhlükəsizliyi ilə yanaşı, tənqidi düşünmə, müstəqil qərarvermə, yaradıcılıq və real problemlərin həllinə əsaslanan yeni təhsil mədəniyyətini təşviq edir. Eyni zamanda Sİ ilə işləyən universitet mədəniyyətinin əsas prinsiplərini də müəyyənləşdirir.

Kodeks sillabuslarda Sİ-dən istifadəyə dair qaydaların müəyyənləşdirilməsinə, müəllimlərin Sİ savadlılığının artırılmasına, qiymətləndirmədə yeni yanaşmaların tətbiqinə, təhlükəsiz Sİ infrastrukturunun formalaşdırılmasına və s. institusional nəzarətin təmin edilməsini nəzərdə tutur.

Bu baxımdan sənəd UNEC-in yalnız Sİ-dən istifadəyə dair etik kodeksi deyil, “Süni İntellekt dövründə universitet modeli”nə keçid sənədidir.

Xəbər lenti

Xəbər lenti