Qərbin Ukraynaya hərbi kontingent yerləşdirməsi müharibə elanına bərabərdir – Lavrov

Siyasət Xəbər 16 Sentyabr 2026 16:27 (UTC +04:00)
Qərbin Ukraynaya hərbi kontingent yerləşdirməsi müharibə elanına bərabərdir – Lavrov
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qərb ölkələrinin Ukrayna ərazisində hərbi kontingent yerləşdirməsi hibrid deyil, Rusiyaya qarşı birbaşa müharibə elan edilməsi anlamına gələcək.

TASS-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Gənclər Festivalında çıxışı zamanı bildirib.

“Qərbin, ilk növbədə, Avropanın rejimi qoruyub saxlamaq istəyən bu siyasəti çərçivəsində Zelenskinin nəzarət etdiyi ərazidə müəyyən səfərbərlik qüvvələrinin yerləşdirilməsi planlarından açıq şəkildə danışılır. Prezident (Vladimir Putin) artıq bu təşəbbüsə münasibət bildirib. Bu isə Avropanın artıq hibrid deyil, birbaşa müharibə elan etməsi demək olacaq”, - deyə o vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti