Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın yol xəritəsinin hazırlanması müzakirə olunub

İqtisadiyyat Xəbər 16 Sentyabr 2026 15:06 (UTC +04:00)
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın yol xəritəsinin hazırlanması müzakirə olunub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın yol xəritəsinin hazırlanması müzakirə olunub.

Bu haqda Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev öz rəsmi "X" sosial şəbəkə hesabında yazıb.

"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dunkan Norman ilə görüş keçirdik. Görüşdə Azərbaycan və Böyük Britaniya arasında nəqliyyat, rəqəmsal inkişaf, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik. Böyük Britaniyanın Orta Dəhlizin inkişafına verə biləcəyi töhfələr, həmçinin qabaqcıl Britaniya şirkətləri ilə Azərbaycanda data mərkəzlərinin və digər rəqəmsal infrastruktur layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq. Eyni zamanda qeyd olunan istiqamətləri əhatə edən Azərbaycan–Böyük Britaniya Yol Xəritəsinin hazırlanması və qəbul edilməsi məsələlərini müzakirə etdik", - deyə məlumatda bildirilir.

Xəbər yenilənir...

Məqalədə:

Xəbər lenti

Xəbər lenti