Avtovağzal metrosu ətrafında mənzil axtaranlar üçün Biləcəridə yeni imkanlar

İqtisadiyyat Xəbər 16 Sentyabr 2026 16:31 (UTC +04:00)
Avtovağzal metrosu ətrafında mənzil axtaranlar üçün Biləcəridə yeni imkanlar

Bakı. Trend:

Şəhərə rahat çıxış, tam təmirli mənzil və geniş həyət: Biləcəridə ev axtaranlar üçün hansı imkanlar var?

Tıxacda vaxt itirmədən şəhərə rahat çıxmaq, uşaqlarını məktəbə aparmaq üçün uzağa getməmək və bütün bunları öz yaşayış kompleksinə yaxın həll etmək istəyirsən? Ev seçərkən yalnız mənzilin sahəsinə deyil, gündəlik həyatını necə asanlaşdıracağına da diqqət yetirirsənsə, Biləcəridə yerləşən yaşayış kompleksləri maraqlı seçim ola bilər.

Kristal-ın “Biləcəri” yaşayış layihəsi rahat lokasiya və gündəlik ehtiyacları bir arada qarşılayan yaşayış mühiti axtaranlar üçün imkanlar təqdim edir. Tikintisi davam edən binalarda müxtəlif sahələrdə 3 otaq studiya mənzillər mövcuddur.

“Biləcəri” yaşayış kompleksi metronun “Avtovağzal” stansiyasına avtomobillə cəmi 3 dəqiqəlik məsafədə yerləşir. Şoseyə və metro stansiyalarına yaxınlığı sayəsində şəhərin müxtəlif istiqamətlərinə həm avtomobillə, həm də ictimai nəqliyyatla rahat hərəkət edə bilərsən.

Layihə ilk mərhələsi təhvil verilmiş yaşayış kompleksinin davamıdır. Tikintisi davam edən binalarda mənzil seçimi edənlər üçün müxtəlif sahələrdə 3 otaq studiya variantları təqdim olunur. Bu da sənə ehtiyacına uyğun mənzili əvvəlcədən seçmək imkanı yaradır.

Geniş parkı, uşaq meydançası və uşaq bağçası olan kompleksin yaxınlığında 2 saylı tam orta məktəb yerləşir. Beləliklə, ailənin gündəlik ehtiyaclarını yaşayış ərazisinə yaxın həll edə bilərsən. Kompleksdə avtomobillər üçün yeraltı dayanacaq, xüsusi mühafizə xidməti və kamera-nəzarət sistemi də mövcuddur.

“Biləcəri” layihəsində mənzillər tam təmirli və kommunal xidmətlərlə təchiz olunmuş şəkildə təhvil veriləcək. Mənzillərdə səs və istilik izolyasiyası mövcuddur. Kristal mənzil planlamasında rahatlığı əsas tutur. Çünki mənzilin əlverişli olması yalnız sahəsindən deyil, həmin sahədən necə istifadə edilməsindən də asılıdır.

Mənzil almaq üçün hansı imkanlar var?

“Biləcəri” layihəsində 36 ayadək daxili kredit və ya 20 ilədək ipoteka krediti ilə mənzil sahibi olmaq mümkündür. Bundan əlavə, Kristal-ın “Evini hissə-hissə al” modeli də bu layihədə keçərlidir. Faizsiz və aylıq öhdəliksiz şərtlərlə mənzilə mərhələli şəkildə sahib ola bilərsən.

Kvadrat-kvadrat al, gələcəyinə yatırım et! İstədiyin sahəni bu gündən almağa başla, daşınmaz əmlakın dəyəri artdıqca yatırımının da dəyərlənməsi potensialını nəzərə al.

Biləcəridə mənzilin olsun!

Şəhərə rahat çıxış, tam təmirli mənzil və ailən üçün əlverişli yaşayış mühiti axtarırsansa, “Biləcəri” layihəsi ilə tanış ol.

Sənə uyğun mənzili seçmək üçün Kristal-ın satış ofisinə müraciət et.

Ətraflı: *1544

Ünvan: Biləcəri qəsəbəsi, X.Natəvan küç. 52C

kristal.az

Xəbər lenti

Xəbər lenti