ABŞ-də Nümayəndələr Palatası Trampa qarşı impiçment proseduruna qarşı çıxıb

Dünya xəbərləri Xəbər 16 Sentyabr 2026 10:08 (UTC +04:00)
ABŞ-də Nümayəndələr Palatası Trampa qarşı impiçment proseduruna qarşı çıxıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampa qarşı impiçment prosedurunun başlanmasını tələb edən qətnaməni dəstəkləməyib.

Bu barədə ABŞ KİV məlumat yayılıb.

Respublikaçıların (hazırkı dövlət başçısının mənsub olduğu partiyanın-red) nəzarətində olan Nümayəndələr Palatasının 232 üzvü sənədə baxılmasının dayandırılmasının lehinə səs verib. Konqresin aşağı palatasının 147 üzvü isə bunun əleyhinə çıxıb. Beləliklə, qətnamə rədd edilib.

Trampa qarşı impiçment tələb edən qətnaməni avqustun 24-də ABŞ Nümayəndələr Palatasının üzvü, Texas ştatından demokrat El Qrin Konqresə təqdim edib. O, Miqrasiya və Gömrük Xidmətinin (ICE) fəaliyyəti ilə əlaqədar prezidentin səlahiyyətlərini aşdığını iddia edir.

Tramp 2025-ci ilin yanvarında ABŞ-nin 47-ci prezidenti kimi and içdiyi gündən etibarən dəfələrlə bəyan edib ki, onun hakimiyyətə gəlməsindən əvvəl ölkəyə təxminən 25 milyon nəfər qanunsuz daxil olub. ABŞ Prezidenti dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti