Çempionlar Liqasının finalları bu stadionlarda keçiriləcək

Dünya xəbərləri Xəbər 15 Sentyabr 2026 17:30 (UTC +04:00)
Çempionlar Liqasının finalları bu stadionlarda keçiriləcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi 2027/28 və 2028/29 mövsümlərində Çempionlar Liqasının finallarının keçiriləcəyi stadionları təsdiqləyib.

Bu barədə qurumun saytında məlumat verilib.

2027/28 mövsümünün finalı Münhendəki “Alyans Arena” stadionunda keçiriləcək. 2028/29 mövsümünün həlledici oyunu isə Barselonadakı “Kamp Nou” stadionunda baş tutacaq. Qərar Yunanıstanın Saloniki şəhərində keçirilən UEFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Bundan əlavə, UEFA Avropa Liqası və Konfrans Liqasının finallarının keçiriləcəyi stadionları da müəyyənləşdirib. 2027/28 mövsümündə həlledici oyunlar müvafiq olaraq Buxarest və Turində, 2028/29 mövsümündə isə Belqrad və Budapeştdə keçiriləcək. 2027-ci ildə UEFA Super Kubokuna Amsterdam, 2028-ci ildə isə Astana ev sahibliyi edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti