Bakı. Trend:
Xırdalan şəhərində fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində bir nəfər ölüb.
Baş Prokurorluqdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva Abşeron rayonunun Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində xəsarət alıb və ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq aparılır.
