Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb

Dünya xəbərləri Xəbər 16 Sentyabr 2026 06:04 (UTC +04:00)
Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın sərvəti 2024-cü il prezident seçkilərindən sonra 2,7 milyard dollar artaraq 7 milyard dollara çatıb.

Bu barədə “Forbes” jurnalının yenilənmiş hesablamalarında bildirilir.

Nəşrin məlumatına görə, Tramp xarici şirkətlərlə sövdələşmələr və kriptovalyuta ilə bağlı fəaliyyətindən əhəmiyyətli gəlir əldə edib.

“Forbes” Trampın sərvətinin artımını biznes fəaliyyəti ilə əlaqələndirir. Tramp isə sərvətindəki artımın prezidentliyi ilə bağlı olduğunu təkzib edib və biznesini hazırda övladlarının idarə etdiyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti