Azərbaycanın xarici investisiya layihələrinin maliyyələşdirilməsi üzrə öhdəlikləri 2,4 milyard dollar artıb

İqtisadiyyat Xəbər 15 Sentyabr 2026 11:29 (UTC +04:00)
Azərbaycanın xarici investisiya layihələrinin maliyyələşdirilməsi üzrə öhdəlikləri 2,4 milyard dollar artıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin ilk yarısında Azərbaycanın “Digər investisiyalar” maddəsi üzrə aktivləri 717 milyon dollar azalıb, öhdəlikləri isə təxminən 2,4 milyard dollar artıb.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin ilk yarımilinə dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, “Digər investisiyalar” maddəsi üzrə öhdəliklərin 2,4 milyard dollar artması ölkə xaricində həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədardır.

“Digər investisiyalar üzrə aktivlərin 717 milyon dollar azalması, öhdəliklərin isə təxminən 2,4 milyard dollar artması müşahidə olunub. Öhdəliklərin artımı ölkə xaricinə həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi ilə birbaşa əlaqədardır”, - deyə Samir Nəsirov bildirib.

AMB rəsmisi qeyd edib ki, hesabat dövründə tədiyə balansının digər mühüm komponenti olan ehtiyat aktivlərinin reallaşmış hissəsi 1,4 milyard dollar artıb.

“Xalis səhvlər və buraxılışlar maddəsində isə təxminən 300 milyon dollar həcmində vəsait formalaşıb”, - deyə o əlavə edib.

Samir Nəsirov bildirib ki, ümumilikdə 2026-cı ilin ilk yarısında cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artaraq 4,7 milyard dollar təşkil edib.

“Bu profisitin formalaşmasında əsas hərəkətverici qüvvə xarici ticarət balansı və təkrar gəlirlər balansı olub”, - deyə AMB rəsmisi vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti