Ermənistandakı revanşist ritorika qəbuledilməzdir - RƏY

Siyasət Rəy 15 Sentyabr 2026 15:21 (UTC +04:00)
Ermənistandakı revanşist ritorika qəbuledilməzdir - RƏY
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin müəyyən dairələrindən gələn reaksiyalar qəbuledilməzdir və təəssüf doğurur.

Bu fikirləri Milli Məclisin deputatı Afət Həsənova bildirib.

Deputat qeyd edib ki, Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü rəsmən tanıdığını bəyan etdiyi halda, Azərbaycan ərazisində xarici diplomatların səfərlərinə qarşı bu cür reaksiyaların verilməsi həmin mövqe ilə ziddiyyət təşkil edir:

“Diplomatik korpus nümayəndələrinin Azərbaycanın suveren ərazisində sərbəst hərəkət etməsi tamamilə normaldır. Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinə görə hədəfə alınması və təzyiq xarakterli kampaniyalarla üzləşməsi qəbuledilməzdir. Bu səfər eyni zamanda beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünə münasibətinin praktik göstəricilərindən biridir”.

A.Həsənova qeyd edib ki, Ermənistan cəmiyyətində tarixi və mədəni irslə bağlı formalaşdırılan yanaşmalar da ciddi suallar doğurur. Deputat bildirib ki, ermənilər Gəncəsər və Xudavəng kimi abidələri yalnız erməni irsi kimi təqdim etməyə çalışırlar, lakin indiki Ermənistan ərazisində əsrlər boyu mövcud olmuş Azərbaycan tarixi-mədəni irsinin inkar edirlər.

Deputat bildirib ki, Ermənistan cəmiyyətində Qafqaz Albaniyasının və onun mədəni irsinin inkarı, faktiki irqçilikdir:

“Ermənistan həqiqətə dözümsüzdür. Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur, dövlət tərəfindən bütün məsuliyyəti ilə qorunur".

A.Həsənova vurğulayıb ki, Ermənistan daxilində revanşist mövqedən çıxış edən qüvvələrin fəallığının artması regionda formalaşmaqda olan sülh mühitinə mənfi təsir göstərir:

“Bu cür ritorikanın yalnız müxalif siyasi dairələrlə məhdudlaşmır və təhlillər göstərir ki, yayılan bu məlumatlar və kampaniya arxasında Ermənistan hakimiyyətinin özü dayanır".

Deputat eyni zamanda Ermənistan parlamentinin sədri Ruben Rubinyanın açıqlamasının qəbuledilməz olduğunu diqqətə çatdırıb:

“14 sentyabr tarixində Ermənistan parlamentində 12-13 sentyabr 2022-ci il tarixlərində sərhəddə döyüşlərdə həlak olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi (həmin hərbi təxribatları da Ermənistan törətmişdi, Azərbaycan cavab vermək məcburiyyətində qalmışdı) özlüyündə revanşizm əhval ruhiyyəsinin yüksəldilməsinə xidmət edən addımdır. Bütün baş verənlər rəsmi İrəvanın sülh prosesində bir daha qeyri-səmimiliyini nümayiş etdirir”.

Xəbər lenti

Xəbər lenti