Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial
Xidmətlər Agentliyi ilə sosial tərəfdaşlığını davam etdirən PAŞA
Holding aztəminatlı ailələrin uşaqlarının yeni tədris ilinə
hazırlığına dəstək olub.
Şirkət yeni tədris ili ərəfəsində Bakı və regionlarda ünvanlı
dövlət sosial yardımı alan 12000-dən çox ailənin yeni tədris ilində
1-ci sinfə gedəcək övladlarını məktəbli ləvazimatları ilə təmin
edib. Bu təşəbbüs ilk dəfə məktəb həyatına qədəm qoyan uşaqlar üçün
təhsilə daha bərabər imkanlar yaratmaqla yanaşı, sosial rifahın
dəstəklənməsi və aztəminatlı ailələrin üzləşdiyi maliyyə yükünün
azaldılmasına yönəlib. PAŞA Holding KSM tərəfindən təqdim edilən
çanta, məktəbli forması və digər zəruri məktəb ləvazimatları
Agentliyin əməkdaşları tərəfindən aztəminatlı ailələrə
çatdırılıb.
Layihə PAŞA Holding-in cəmiyyətə dəyər yaratma və inklüziv inkişafı
təşviq etmə prinsipinə uyğun olaraq həyata keçirilən davamlı sosial
layihələr silsiləsinin bir hissəsidir.
PAŞA Holding-in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim edilib (FOTO)