Sabah 35 dərəcə isti olacaq

Cəmiyyət Xəbər 15 Sentyabr 2026 12:36 (UTC +04:00)
Sabah 35 dərəcə isti olacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 16-da Azərbaycanda 35 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gcə 70-75 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 22-27° isti olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti