Paytaxtda Bilik Günü yollarda vəziyyət necədir? (FOTO/VİDEO)

Gündəm Xəbər 15 Sentyabr 2026 10:38 (UTC +04:00)
Paytaxtda Bilik Günü yollarda vəziyyət necədir? (FOTO/VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Yeni tədris ilinin başlaması ilə əlaqədar bu gün səhər saatlarından Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq və tıxac müşahidə edilir.

Bilik günündə paytaxtda nəqliyyat vasitələrinin sayının artması əsas magistrallarda avtomobillərin hərəkətinin çətinləşməsinə səbəb olub.

Xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə, şəhərin mərkəzinə doğru hərəkət istiqamətlərində və əsas yol qovşaqlarında nəqliyyat sıxlığı nəzərə çarpır. Bəzi yollarda avtomobillərin hərəkət sürətinin xeyli aşağı düşdüyü müşahidə olunur.

Bununla yanaşı, səhər saatlarında ictimai nəqliyyatda da sərnişin sıxlığı müşahidə edilir. Yeni tədris ilinin başlaması ilə əlaqədar avtobuslardan istifadə edənlərin sayında artım nəzərə çarpır.

Paytaxt yollarında yaranan tıxac və avtomobil sıxlığını əks etdirən görüntülər sosial şəbəkələrdə də yayılıb. Paylaşılan kadrlarda bir sıra istiqamətlərdə uzun avtomobil növbələrinin yarandığı görünür.

Yeni tədris ilinin başlaması fonunda yollarda nəqliyyat axınının tənzimlənməsi üçün əlavə tədbirlər də həyata keçirilir.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, paytaxtın 7 prospektində və 11 küçəsində “Yaşıl dalğa” rejimi tətbiq edilir.

Sözügedən rejim Rəşid Behbudov, Mikayıl Müşfiq, 28 May, Yusif Səfərov, Məhəmməd Füzuli, Akademik Həsən Əliyev, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Əbduləzəl Dəmirçizadə, Əsəd Əhmədov və Abbas Mirzə Şərifzadə küçələrində, həmçinin Bülbül, Şah İsmayıl Xətai, Fətəli xan Xoyski, Atatürk, Azadlıq, Qara Qarayev və 8 Noyabr prospektlərində tətbiq olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti