Azərbaycan və AİB arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat Xəbər 14 Sentyabr 2026 14:08 (UTC +04:00)
Azərbaycan və AİB arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə Asiya İnkişaf Bankı (AİB) arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Nazirlər Kabinetindən verilən məlumata görə, müzakirə sentyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Asiya İnkişaf Bankının Direktorlar Şurasının nümayəndə heyətinin görüşü zamanı aparılıb.

Görüşdə Azərbaycan ilə AİB arasında formalaşmış uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd olunub.

Məlumata görə, nəqliyyat, enerji, su təchizatı, maliyyə, təhsil, səhiyyə və digər sahələrdə birgə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, dövlət–özəl tərəfdaşlığı mexanizmi çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

2025–2029-cu illər üçün Ölkə Tərəfdaşlıq Strategiyası Azərbaycan-AİB əməkdaşlığının yeni mərhələsi üçün mühüm çərçivə kimi dəyərləndirilib, enerji, nəqliyyat və su infrastrukturu üzrə nəzərdə tutulan yeni layihələrin ölkəmizin uzunmüddətli inkişaf prioritetlərinə uyğunluğu diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev iştirak edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti