Bakı.Trend:
Polşa hərbçilərinin ölkənin hava məkanını pozan bütün obyektləri vurmaq hüququ var.
Bunu Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik "TVN24" telekanalına bildirib.
“Polşa əməliyyat komandanı belə vəziyyətlərdə hər dəfə sözügedən obyektləri vurmağa əvvəlcədən icazə verən əmr verir ki, Patriot kimi raket əleyhinə sistemlərimiz, eləcə də hərbi pilotlarımız hazır vəziyyətdə olsun və dövlət sərhədlərinin pozulması baş verdiyi zaman silahdan istifadə edə bilsinlər”, - deyə Tomçik bildirib.
Qeyd edək ki, sentyabrın 13-də Polşanın baş naziri ölkənin sərhədi yaxınlığında, Ukraynanın qərbində baş vermiş bir neçə insidentlə əlaqədar operativ qərargahın iclasını çağırıb.
