Avropada qazın qiyməti rekord dərəcədə bahalaşıb

Dünya xəbərləri Xəbər 14 Sentyabr 2026 12:50 (UTC +04:00)
Avropada qazın qiyməti rekord dərəcədə bahalaşıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropada qazın qiyməti min kubmetr üçün 1000 dolları ötüb.

“Forbes.ru” nəşrinin yazdığına görə, qazın rekord bahalaşdığını Londonun ICE birjasında keçirilən hərracların məlumatları göstərir.

Hərracların məlumatına görə, Niderlandın TTF habının indeksi üzrə qazın qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə 1 000 dolları ötüb. Qiymətlər 1 004 dollar və ya meqavat/saat üçün 84,07 avro səviyyəsinə qədər yüksəlib.

Daha əvvəl bildirilmişdi ki, qış mövsümü ərəfəsində qaz ehtiyatlarının aşağı səviyyədə olması səbəbindən Avropada qazın qiyməti rekord həddə çata bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti