Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir

Cəmiyyət Xəbər 14 Sentyabr 2026 16:15 (UTC +04:00)
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Bakalavriat səviyyəsi üzrə bəzi ixtisaslarda 3 illik təhsil mümkündür. Amma orta məktəblərdə 12 illik təhsilə keçid nəzərdə tutulmur.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.

E. Əmrullayev qeyd edib ki, təhsilalanların yaşı da nəzərə alınmalıdır.

"Məsələn turizimin təşkili ixtisasını bəlkədə 3 il oxumaq olar. Amma hüquq kimi ixtisasda düşünmək lazımdır. Mənə görə, mühəndis hazırlamaq kifayət qədər çətindir.

Biz Bolonya sisteminə keçiddə ixtisasları eyni qəlibə yığmağa çalışmışıq. İndidə bəzi ixtisaslar 5 il, bəzisi 4 ildir. Bu peşənin mahiyyətindən aslıdır”, - deyə nazir bildirib.

E. Əmrullayev əlavə edib ki, ixtisasların müddəti müzakirə edilməlidir.

“Bu zaman qoşulduğumuz beynəlxalq sənədləri nəzərə almalıyıq”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti