AİB Azərbaycanın iştirakı ilə özəl sektorla bağlı layihəni təsdiqləyib

İqtisadiyyat Xəbər 15 Sentyabr 2026 10:23 (UTC +04:00)
AİB Azərbaycanın iştirakı ilə özəl sektorla bağlı layihəni təsdiqləyib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanı da əhatə edən “Özəl sektor əməliyyatlarında inkişafa təsirin dərinləşdirilməsi” (Deepening Development Impact in Private Sector Operations) adlı texniki yardım layihəsini təsdiqləyib.

Layihə AİB-in üzv ölkələri, o cümlədən Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan, eləcə də digər ölkələrdə həyata keçirilir.

AİB-in məlumatına görə, layihə üzrə texniki yardımın ümumi maliyyələşdirmə həcmi (Texniki Yardım üzrə Xüsusi Fonddan) 2,19 milyon dollar təşkil edir. Bununla yanaşı, texniki yardımın ayrıca komponentinə 900 min dollar ayrılıb.

AİB qeyd edib ki, texniki yardım bankın bütün üzv ölkələrində layihələrin keyfiyyətinin yüksəldilməsi hesabına özəl sektor əməliyyatlarının inkişafa təsirini maksimum artırmağa yönəlib.

“2030-cu Strategiya çərçivəsində və regionumuzun üzləşdiyi mövcud çağırışları nəzərə alaraq, AİB-in üzv ölkələrə ərzaq təhlükəsizliyinin təmin edilməsində, rəqəmsal uçurumun azaldılmasında, dayanıqlı enerji sistemlərinin inkişafında və iqlim dəyişikliyinə dayanıqlığın gücləndirilməsində dəstək verməsinə ciddi ehtiyac var. Bütün bu istiqamətlər üzrə əvvəlkindən daha cəsarətli və daha sürətli hərəkət etməli, daha sıx əməkdaşlıq etməliyik”, – bankın materiallarında deyilir.

Qeyd olunur ki, layihə AİB-in Özəl Sektor Əməliyyatları Departamentinin (PSOD) layihələrinin hazırlanması və həyata keçirilməsinin təkmilləşdirilməsi hesabına özəl sektorun, regional əməkdaşlığın, rəqəmsal transformasiyanın, dayanıqlılığın inkişafı və imkanların genişləndirilməsi üçün maliyyə həllərinin, bilik və tərəfdaşlıqların təqdim edilməsinin təkmilləşdirilməsinə yönəlib.

Layihənin yekun nəticəsi olaraq özəl sektor əməliyyatlarının inkişafa təsirinin artırılması gözlənilir.

Layihə çərçivəsində üç əsas istiqamət müəyyənləşdirilib: yüksək təsirə malik özəl sektor investisiyalarının cəlb edilməsi üçün layihə portfelinin formalaşdırılması və layihələrin hazırlanmasının gücləndirilməsi; özəl sektor layihələrinin icrasının təkmilləşdirilməsi; habelə nəticələrin qiymətləndirilməsinin səmərəliliyinin və özəl sektorun inkişafa təsiri ilə bağlı bilik mübadiləsinin artırılması.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti