Vuçiç istefa verəcəyi tarixi açıqlayıb

Dünya xəbərləri Xəbər 15 Sentyabr 2026 01:23 (UTC +04:00)
Vuçiç istefa verəcəyi tarixi açıqlayıb

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də prezident vəzifəsindən istefa verəcəyini bildirib.

O, bu barədə “Pink” telekanalının efirində danışıb.

“27 sentyabrda prezident vəzifəsindən istefa verəcəyəm”, – deyə Vuçiç qeyd edib.

Qeyd edək ki, Serbiya Prezidenti sentyabrın 9-da parlamentin buraxılması və oktyabrın 25-də növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fərman imzalayıb.

Xəbər lenti

Xəbər lenti