Tramp Ağ Evin mətbuat katibinin funksiyalarını kimin yerinə yetirəcəyini açıqlayıb

Dünya xəbərləri Xəbər 14 Sentyabr 2026 01:08 (UTC +04:00)
Tramp Ağ Evin mətbuat katibinin funksiyalarını kimin yerinə yetirəcəyini açıqlayıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibinin funksiyalarını bir müddət hökumət qurumlarının rəhbərlərinin, o cümlədən dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bessentin yerinə yetirəcəyini bildirib.

“Bizdə bu vəzifəni tutmaq istəyən çoxlu insan var. Çoxları bunu istəyir, bununla bağlı çoxsaylı müraciətlər olub”, — Tramp İrlandiyadan ABŞ-yə uçmazdan əvvəl jurnalistlərlə söhbəti zamanı bildirib.

Mümkün namizədlərin siyahısının olub-olmaması ilə bağlı suala ABŞ Prezidenti “ola bilsin ki, həftəsonu ərzində belə bir siyahı hazırlamışam” deyə cavab verib.

“Bir müddət belə fəaliyyət göstərəcəyik. Nazirlərin xidmətlərindən istifadə edəcəyik, məsələn, Marko Rubiodan”, — Tramp bildirib. O, sentyabrın əvvəlində Ağ Evdə jurnalifstlər üçün brifinq keçirən ABŞ vitse-prezidenti Cey Di Vensin də adını çəkib.

“Skott Bessentin köməyindən istifadə edəcəyik, ticarət naziri Hovard Latnikdən istifadə edəcəyik, bu məqsədlə bir çox nazirdən yararlanacağıq”, — Tramp davam edib. O əlavə edib ki, Ağ Evin mətbuat katibi vəzifəsində təhsil naziri Linda Makmehon da çıxış edə bilər.

“Nəhayət, bunun öhdəsindən mən gələcəyəm. Növbə Markonundur”, — Tramp bildirib.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt vəzifəsini tərk edib. “Bloomberg” agentliyinin məlumatına görə, bu, administrasiyanın bəzi üzvləri üçün gözlənilməz olub. Livitdən başqa, son dövrlərdə ABŞ administrasiyasının daha bir neçə yüksəkvəzifəli rəsmisi, o cümlədən milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Endi Beyker və Ağ Evin qanunvericilik məsələləri üzrə direktoru Ceyms Breyd istefa verib.

Agentliyin yazdığına görə, “istefalar silsiləsi Trampın komandasında boşluq yaranması təhlükəsi yaradır və onların əvəzlənməsi asan olmayacaq”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti