Yunanıstan sahillərində miqrant gəmisi batıb – 25 nəfər itkin düşüb

Dünya xəbərləri Xəbər 14 Sentyabr 2026 11:28 (UTC +04:00)
Migrants
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yunanıstanın Qavdos adasının sahillərində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində azı bir nəfər həlak olub, 25 nəfər itkin düşmüş hesab edilir.

Bu barədə AFP agentliyi Yunanıstan Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, qayığın göyərtəsində ümumilikdə 77 nəfər olub. Yaxınlıqda olan iki gəminin ekipajları 51 nəfəri xilas edib.

BMT-nin məlumatına görə, 2026-cı ilin əvvəlindən Yunanıstana Yaxın Şərq, Asiya və Afrika ölkələrindən 22 mindən çox qanunsuz miqrant daxil olub. 2025-ci il ərzində isə bu rəqəm təxminən 49 min nəfər təşkil edib. Onların təxminən yarısı Liviyadan gəlib və Krit adasına çıxıb. Onların bir çoxu Yunanıstandan Avropanın digər ölkələrinə keçmək istədiklərini bildiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti