KXDR qanadlı və ballistik raketlərdən istifadə etməklə təlim keçirib

Dünya xəbərləri Xəbər 14 Sentyabr 2026 02:32 (UTC +04:00)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Koreya Xalq Ordusu uzaqmənzilli artilleriya və raket qoşunları bölmələrinin strateji qanadlı və taktiki ballistik raketlərdən istifadə etməklə birgə təlimlərini keçirib.

Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Təlimlər sentyabrın 12-də keçirilib. Təlimlərdə beş artilleriya və raket birləşməsinin bölmələri iştirak edib. Həmçinin zərbə pilotsuz uçuş aparatlarından və termobarik döyüş başlıqları ilə təchiz edilmiş iriçaplı reaktiv yaylım atəşi sistemlərindən istifadə olunub.

Təlimlərə Koreya Əmək Partiyası Mərkəzi Hərbi Komissiyası sədrinin müavini, marşal Pak Çon Çxon və KXQ Baş Qərargahının Artilleriya İdarəsinin rəisi, general-mayor Yu Çxan Son rəhbərlik ediblər.

KCNA-nın məlumatına görə, təlimlərdə iştirak edən bütün zərbə sistemləri təyin olunmuş hədəfləri eyni vaxtda “100 faiz dəqiqliklə” vurublar.

Xəbər lenti

Xəbər lenti