"SpaceX" Nvidia süni intellekt superkompüterlərini 2027-ci ildə kosmosa göndərəcək - İlon Mask

Dünya xəbərləri Xəbər 14 Sentyabr 2026 07:28 (UTC +04:00)
"SpaceX" Nvidia süni intellekt superkompüterlərini 2027-ci ildə kosmosa göndərəcək - İlon Mask
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

“SpaceX” şirkəti Nvidianın süni intellekt superkompüterlərini 2027-ci ildən kosmosa göndərməyə başlaya bilər.

Bunu “SpaceX” şirkətinin təsisçisi İlon Mask “X” sosial şəbəkəsində yazıb.

“Mən əminəm ki, “SpaceX” gələn il Nvidia VR NLV72 süni intellekt kompüterlərini kosmosa göndərəcək”, - deyə o bildirib.

Qeyd edək ki, Mask daha əvvəl süni intellekt modelləri üçün hesablama gücünün gələcəkdə Yer əvəzinə kosmosda yerləşdirilməsinin daha sərfəli ola biləcəyini bildirmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti