Qaraməryəm-İsmayıllı-Şəki yolunda avtomobil aşıb, ölən var

Hadisə Xəbər 13 Sentyabr 2026 09:56 (UTC +04:00)
Qaraməryəm-İsmayıllı-Şəki yolunda avtomobil aşıb, ölən var

Bakı. Trend:

Ötən gün saat 22: 30 radələrində Qəbələ rayon sakini İlkin Abdullazadə idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsilə Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, yol kənarına düşən avtomobildə yanğın baş verib.

Qəza nəticəsində avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı Münəvvər Abdullazadə hadisə yerində həyatını itirib.

Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti