Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından gəmiçiliyə dair vəziyyətin nizamlanacağını bildirib.
“Ynet”in məlumatına görə, Ağ Evin rəhbəri bunu Dublində İrlandiya Prezidenti Ketrin Konnollinin ilə görüşdən sonra deyib.
“Bütün bunlar mütləq qaydasına düşəcək”, - deyə ABŞ lideri Səudiyyə Ərəbistanı və bu marşrut üzrə gəmilərin fasiləsiz hərəkətini təmin etməyin mümkünlüyü ilə bağlı suala cavabında bildirib.
Trampın açıqlaması regionda, o cümlədən Yəməndə husilərin fəaliyyətləri və Səudiyyə Ərəbistanının neft kəmərinə endirilən zərbələr fonunda gərgin vəziyyətin hökm sürdüyü bir vaxtda səslənib.
