İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

Dünya xəbərləri Xəbər 12 Sentyabr 2026 11:12 (UTC +04:00)
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İraq İranla sərhəddə Xuzistan vilayətində yerləşən Şələmçə və Çəzzabə sərhəd keçid məntəqələrini naməlum müddətədək bağlayıb.

Bunu İranın cənub-qərbində yerləşən Xuzistan vilayəti valisinin müavini Vəliyulla Həyati deyib.

“İraq rəsmilərinin sözlərinə görə, Xuzistan vilayətində Şələmçə və Çəzzabə sərhəd keçid məntəqələri bu gündən etibarən qeyri-müəyyən müddətə bağlanır. Hazırda bu sərhədlərdən heç bir yük və ya sərnişin keçmir”, -deyə o qeyd edib.

Həyati bildirib ki, bütün iş adamları, sürücülər və sərnişinlərdən elan olunana qədər bu iki sərhəd keçid məntəqəsinə müraciət etməmələri xahiş olunur.

Qeyd edək ki, Şələmçə və Çəzzabə sərhəd keçid məntəqələri İran və İraq arasında ən önəmli sərhəd keçid məntəqələri hesab olunur.

Əlavə edək ki, İraqın İranla sərhəd-keçid məntəqələrini bağlamasına Səudiyyə Ərəbistanına dron hücumları səbəb kimi göstərilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti