İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər

İdman Xəbər 12 Sentyabr 2026 13:30 (UTC +04:00)
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

"İnter"in müdafiəçisi Federiko Dimarko karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Nəşr yazır ki, "Barselona" italiyalı futbolçunu transfer etmək istəyir.

Dimarkonun A Seriyası klubu ilə müqaviləsi mövsümün sonuna başa çatır. "Barselona" artıq indidən yayda azad agent statusunda olacaq 28 yaşlı sol cinah müdafiəçisi ilə danışıqlara başlayıb. Təcrübəli oyunçu özü də klubunu dəyişməyə yaxındır.

Qeyd edək ki, Federiko Dimarko "İnter"in yetirməsidir. İtaliya millisinin üzvü cari mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 3 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti