Meksika şirkətlərinin Qarabağdakı layihələrdə iştirakı nəzərdən keçirilir

Siyasət Xəbər 11 Sentyabr 2026 18:31 (UTC +04:00)
Meksika şirkətlərinin Qarabağdakı layihələrdə iştirakı nəzərdən keçirilir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Şuşa. Trend:

Meksika şirkətlərinin Qarabağdakı layihələrdə iştirak imkanları nəzərdən keçirilir.

Bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero Trend-ə açıqlamasında deyib.

Səfir bildirib ki, Meksika tərəfi ölkə şirkətlərinin Qarabağda görülən işlərə cəlb olunması imkanlarını araşdırır.

“Biz Meksika şirkətlərinin Qarabağa gələrək burada həyata keçirilən işlərdə iştirak edib-etməyəcəyini nəzərdən keçirməyə çalışırıq. Bu istiqamətdə müəyyən imkanları araşdırırıq”, – V.Romero qeyd edib.

Diplomat həmçinin Azərbaycanda dörd ildir fəaliyyət göstərdiyini və bu müddətdə Qarabağa, o cümlədən Şuşaya bir neçə dəfə səfər etmək imkanı qazandığını bildirib.

“Mən hər dəfə buraya gələndə fərqli bir şəhər görürəm. Bu səfər bizim üçün xüsusilə əlamətdardır. Çünki bu axşam burada ikinci dəfə Meksikanın Milli Gününü qeyd edəcəyik. Yenidən burada olmaq bizim üçün çox mənalı və xüsusidir”, – səfir vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti