"Bloomberg" milyarderlər reytinqində ilk dəfə ən varlı 10 insanın hamısı ABŞ vətəndaşıdır

Dünya xəbərləri Xəbər 12 Sentyabr 2026 06:58 (UTC +04:00)
"Bloomberg" milyarderlər reytinqində ilk dəfə ən varlı 10 insanın hamısı ABŞ vətəndaşıdır
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

“Bloomberg”in milyarderlər reytinqində ilk dəfə ilk 10-luğun hamısını bir ölkənin - ABŞ-nin iş adamları tutub.

Qeyd olunur ki, “Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətinin təsisçisi, fransalı lüks sənaye maqnatı Bernar Arno ilk onluqdakı yerini itirib. Onun sərvəti amerikalı investor Uorren Baffetin sərvətindən aşağı düşüb.

“Bloomberg Billionaires Index”ə görə, reytinqə 918,8 milyard dollar sərvətlə İlon Mask başçılıq edir. Bu göstərici siyahının digər iştirakçılarının sərvətindən əhəmiyyətli dərəcədə yüksəkdir. 2012-ci ildə milyarderlər indeksinin istifadəyə verilməsindən bəri ilk dəfə ilk onluğun bütün yerlərini amerikalılar tutub.

İlk onluğa, həmçinin Larri Peyc (286 milyard dollar), Ceff Bezos (274 milyard dollar), Sergey Brin (266 milyard dollar), Maykl Dell (245 milyard dollar), Mark Zukerberq (229 milyard dollar), Larri Ellison (208 milyard dollar), Jensen Huanq (181 milyard dollar), Stiv Balmer (172 milyard dollar) və Uorren Baffet (144 milyard dollar) daxil olublar.

“Bloomberg” qeyd edir ki, Arnonun sərvətinin azalması xüsusilə ilin əvvəlindən nəzərəçarpacaq dərəcədə olub. Bu müddət ərzində onun sərvəti 65 milyard dollar azalıb ki, bu da dünyanın ən varlı 500 insanı arasında ən böyük azalma olub.

Yaxın Şərqdəki müharibə fransalı milyarderin biznesinə mənfi təsir göstərib. Belə ki, Dubaydakı ticarət mərkəzlərində LVMH brendlərinin məhsullarına, o cümlədən “Dior”, “Louis Vuitton” və “Tiffany” moda evlərinin məhsullarına, eləcə də “Dom Pérignon” şampanı və “Hennessy” konyakı kimi elit spirtli içkilərə tələbat azalıb. Şirkət Çində də çətinliklərlə üzləşib. Yerli çay istehsalçısı ilə əmtəə nişanı ilə bağlı məhkəmə mübahisəsi fonunda satışlar azalıb.

“Bloomberg” milyarderlər indeksi dünyanın ən varlı insanların gündəlik reytinqidir. İndeks 2012-ci ildə istifadəyə verilib. Reytinq Nyu-Yorkda ticarət sessiyası başa çatdıqdan sonra hər gün yenilənir.

Xəbər lenti

Xəbər lenti