Bakı. Trend:
Rusiyanın Arxangelsk vilayətinin Xolmoqorsk rayonunda yük avtomobili, mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində 12 nəfər həlak olub.
Bu barədə TASS-a Rusiya FHN-in vilayət üzrə Baş İdarəsindən məlumat verilib.
“Üç avtomobil — yük avtomobili “KamAZ”, mikroavtobus və minik avtomobili — toqquşub. 12 nəfər həlak olub”, — deyə agentliyin həmsöhbəti bildirib.
İdarənin məlumatına görə, qəza Primorsk və Xolmoqorsk rayonlarının sərhədində baş verib.
Vilayət üzrə Daxili İşlər Nazirliyinin İdarəsindən bildirilib ki, ölənlər arasında uşaq da olub. İdarənin məlumatına görə, səkkiz nəfər xəsarət alıb.
Vilayət Daxili İşlər Nazirliyinin İdarəsinin məlumatına görə, qəzanın ilkin səbəbi ötmə zamanı mikroavtobusun qarşıdan gələn odun daşıyan yük maşını ilə toqquşması olub.