Çinin CC7 şirkətinin İdarə Heyətinin sədri ilə görüş keçirilib (FOTO)

İqtisadiyyat Press-reliz 10 Sentyabr 2026 17:54 (UTC +04:00)
Çinin CC7 şirkətinin İdarə Heyətinin sədri ilə görüş keçirilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin CC7 şirkəti ilə mövcud layihələrin cari vəziyyəti, növbəti mərhələlərin icrası və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Mikayıl Cabbarov Çinin “China National Chemical Engineering & Construction Corporation Seven” (CC7) şirkətinin İdarə Heyətinin sədri Lunq Xayyang ilə görüşüb.

Görüşdə Azərbaycanda və üçüncü ölkələrdə neft və neft-kimya sənayesində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Mövcud layihələrin cari vəziyyəti, növbəti mərhələlərin icrası və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Tərəfdaş şirkətlər və maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti