Rusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər – Peskov

Dünya xəbərləri Xəbər 11 Sentyabr 2026 14:43 (UTC +04:00)
Rusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər – Peskov
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Nüvə silahlarının Litva ərazisində yerləşdirilməsi gərginliyin yeni mərhələsinə gətirib çıxaracaq.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, belə silahların Qərbə deyil, şərqə, yəni Rusiyaya yönəldiləcəyi aydındır.

“Əgər ərazidə bizə qarşı yönəlmiş nüvə silahı yerləşdirilərsə, müvafiq olaraq, həmin ölkənin ərazisi də bizim nüvə silahlarımızın nişangahında olacaq”, - Peskov əlavə edib.

Qeyd edək ki, cümə axşamı Litva Seymi ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə imkan verən Konstitusiya dəyişikliyinin qəbulunu təklif edib. Düzəlişin gələn ilin əvvəlində qəbul edilməsi planlaşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti