Sentyabrın 6-da keçirilmiş buraxılış və Azərbaycan dili imtahanlarının nəticələri açıqlanıb

Cəmiyyət Press-reliz 10 Sentyabr 2026 18:06 (UTC +04:00)
Sentyabrın 6-da keçirilmiş buraxılış və Azərbaycan dili imtahanlarının nəticələri açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 6-da keçirilmiş buraxılış və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd edilib.

Bildirilib ki, DİM sentyabrın 6-da cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirib:

"İmtahanda iştirak edən şagirdlər bu linkə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.

Azərbaycan dili (dövlət dili kimi) imtahanının iştirakçıları isə buradan imtahan nəticələrini öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər".

"İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 11 sentyabr saat 10:00-dan 12 sentyabr saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər", - deyə məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti