İran və ərəb dövlətlərinin XİN rəhbərləri Hörmüz boğazı ilə bağlı danışıqlara başlayacaq

Dünya xəbərləri Xəbər 11 Sentyabr 2026 12:40 (UTC +04:00)
İran və ərəb dövlətlərinin XİN rəhbərləri Hörmüz boğazı ilə bağlı danışıqlara başlayacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fars körfəzi ölkələri və İranın XİN rəhbərləri sentyabrın 14-də Oman'ın Salalah şəhərində toplanıb Hörmüz boğazında gəmiçiliyin müvəqqəti tənzimlənməsinə dair sazişi müzakirə etməyi planlaşdırırlar.

Bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, görüş Oman və İranın boğazdan gəmiçiliyin müvəqqəti tənzimlənməsi ilə bağlı sazişə dəstək əldə etmək səyləri çərçivəsində keçirilir.

Məqsəd boğazda gərginliyi azaltmaq və burada gəmiçiliyin bərpasına nail olmaqdır. Omanın təşəbbüsü olan bunu danışıqların fevralın 28-də ABŞ və İsrailin İran İslam Respublikasına qarşı müharibəsinin başlamasından sonra Fars körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv altı ölkənin və İranın yüksəkvəzifəli diplomatlarının ilk görüşü olacağı bildirilir.

KƏŞ-ə Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı daxildir. Mənbələrdən birinin sözlərinə görə, görüşün detalları hələ razılaşdırılmayıb, lakin bir sıra dövlətlər artıq görüşdə iştirak edəcəklərini təsdiqləyiblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti