Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adının “Tramp boğazı” olaraq dəyişdirilməsini təklif edib.
ABŞ KİV-nin məlumatına görə, Ağ Evin rəhbəri bu barədə Dallasda hakim Respublikaçılar partiyasının milli qurultayında çıxışı zamanı danışıb.
“Düşünürəm ki, biz Hörmüz boğazını Tramp boğazı adlandırmalıyıq. Mən də bundan nəsə əldə etməliyəm. Xanımlar və cənablar, bundan sonra belə adlanacaq. Mən bunu elan edəcəyəm”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti həmçinin İranla müharibədə ABŞ-nin qələbəsindən sonra neft qiymətlərinin aşağı düşəcəyinə əminlik ifadə edib.
