Bakı. Trend:
“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə Çinin aparıcı enerji şirkətlərindən
olan “China Energy” International Group-un icraçı prezidenti Lin
Xiaodanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş
keçirilib.
Görüş zamanı Azərbaycan ilə Çin arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, xüsusilə bərpa olunan enerji layihələri üzrə tərəfdaşlıq imkanları müzakirə olunub. Həmçinin Çin enerji şirkətlərinin Azərbaycandakı fəaliyyəti və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində görülə biləcək işlər nəzərdən keçirilib.
Müzakirələr zamanı hazırda icra olunan “yaşıl enerji” layihələri ətrafında fikir mübadiləsi aparılıb.