ABŞ beş İran tankerinin məhv edildiyini açıqlayıb (VİDEO)

Dünya xəbərləri Xəbər 9 Sentyabr 2026 02:47 (UTC +04:00)
ABŞ beş İran tankerinin məhv edildiyini açıqlayıb (VİDEO)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hərbçiləri beş İran neft tankerini məhv edib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“CENTCOM qüvvələri sentyabrın 8-də İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) son iki gün ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə iki dəfə ballistik raketlərlə hücum etməsindən sonra beş İran neft tankerini məhv edib”, – komandanlığın bəyanatında deyilir.

CENTCOM-un məlumatına görə, Oman körfəzində olan "Kaviz", "Charminar", "Horizon 1" və "Riesco" tankerləri, həmçinin Xark adası yaxınlığında yerləşən "Derya" gəmisi məhv edilib.

Bəyanatda qeyd olunur ki, sentyabrın 5-də də ABŞ hərbçiləri İslam Respublikasına məxsus üç neft tankerini məhv edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti