Bakı. Trend:
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ötən gecə 2 ABŞ gəmisi, 8 neft tankeri və daha 10 gəmiyə qarşı hücumlar həyata keçirib.
Bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.
“Hörmüz boğazının qadağan edilmiş və təhlükəli olan istiqamətindən keçməyə cəhd edən 2 ABŞ gəmisi, 8 neft tankeri və daha 10 gəmi atəşə tutulub”, -deyə məlumatda qeyd olunur.
SEPAH bildirir ki, bu hücumlar İran İslam İnqilabı Keşikçilər Korpusu ABŞ ordusunun Fars körfəzində İranın 5 neft tankerinə hücumuna reaksiya olaraq həyata keçirilib və sözügedən gəmilərə ciddi ziyan dəyib.
Bildirlir ki, Hörmüz boğazı İslam İnqilabı Keşikçilər Korpusunun dəniz qoşunlarının güclü nəzarətində və idarəetməsindədir.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
