"KazTransOil" Bakı-Tbilisi-Ceyhan istiqamətində neft aşırılmasının həcmini artırıb

Energetika Press-reliz 9 Sentyabr 2026 09:57 (UTC +04:00)
"KazTransOil" Bakı-Tbilisi-Ceyhan istiqamətində neft aşırılmasının həcmini artırıb
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

“KazTransOil” 2026-cı ilin yanvar-avqust aylarında “Bakı-Tbilisi-Ceyhan” istiqamətində neftin aşırılması həcmini 12 faiz artıraraq 1 milyon 34 min tona çatdırıb.

Bu barədə şirkətin dərc etdiyi məlumatda qeyd olunub.

“‘KazTransOil’ SC-nin güclərindən istifadə edilməklə Aktau limanında tankerlərə neftin yüklənməsi 2 milyon 384 min ton təşkil edib ki, bu da 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6 faiz çoxdur. O cümlədən, ‘Bakı-Tbilisi-Ceyhan’ istiqamətində aşırma həcmi 12 faiz artaraq 1 milyon 34 min ton olub”, - deyə şirkət bildirir.

Məlumata əsasən, 2026-cı ilin səkkiz ayı ərzində “KazTransOil”un neftin nəqli və neft məhsullarının aşırılması üzrə konsolidasiya edilmiş həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 31 milyon 890 min ton təşkil edib.

Şirkətdən bildirilib ki, “KazTransOil”un magistral neft kəmərləri sistemi ilə ayrıca 30 milyon 639 min ton neft nəql edilib ki, bu da 2025-ci ilin səkkiz ayının göstəricisindən 4 faiz çoxdur.

Hesabat dövründə “KazTransOil”un neft üzrə konsolidasiya edilmiş yük dövriyyəsi illik ifadədə 2 faiz artaraq 30 milyard 546 milyon ton-kilometr təşkil edib.

“KazTransOil”un magistral neft kəmərləri sistemi üzrə neftin yük dövriyyəsi 23 milyard 696 milyon ton-kilometr təşkil edib ki, bu da 2025-ci ilin səkkiz ayı üzrə analoji göstəricidən 1 faiz çoxdur.

Bildirilir ki, “KazTransOil”un magistral neft kəmərləri sistemi ilə Qazaxıstanın neft emalı zavodlarına nəql edilən neftin həcmi 12 milyon 87 min ton təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti