Qərbi Avropanın sənaye bazası Şərqə doğru dəyişir – Baltic Rail

İqtisadiyyat Materials 8 Sentyabr 2026 15:50 (UTC +04:00)
Qərbi Avropanın sənaye bazası Şərqə doğru dəyişir – Baltic Rail
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Qərbi Avropanın sənaye bazası yerini Şərqə doğru dəyişir ki, bu da onu Orta Dəhlizə daha da yaxınlaşdırır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu "Baltic Rail" şirkətinin baş direktoru Stegan Arçer Bakıda keçirilən “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq konfrans və sərginin gedişində bildirib.

Onun sözlərinə görə, şirkət Çin, Yaponiya və Cənubi Koreya ilə dəniz marşrutları vasitəsilə ticarət əlaqələri üzərində biznes quraraq Qırmızı dənizdə yaranan çətinliklər səbəbindən alternativ istiqamətləri nəzərdən keçirir:

“Bakıya, Poti və ya Türkiyəyə çatdıqdan sonra Konstansa və ya Bolqarıstan limanları vasitəsilə, daha sonra Rumıniya və Serbiyadan keçərək Mərkəzi Avropaya doğru hərəkətimizi davam etdiririk. Bu istiqamətlər Orta Dəhlizin davamıdır. Türkiyə və Poti ilə bağlantını daha da gücləndirmək üçün əhəmiyyətli investisiyalar yatırılır”.

Onun sözlərinə görə, hazırda Qərbi Avropanın sənaye bazası şərqə doğru yerini dəyişməkdədir:

“Orta Dəhliz Avropanın sənaye bazasına bir neçə il əvvəl olduğundan daha çox yaxınlaşır”.

“Baltic Rail” şirkətinin baş direktoru infrastrukturun və nəqliyyat dəhlizinin inkişafında bu amilin əhəmiyyətini də vurğulayıb:

“Hesab edirəm ki, bu gün Macarıstan Avropada investisiyalar üçün ən cəlbedici ərazidir. Artıq söhbət Qərbi Almaniya və ya Fransadan getmir. Avropa nöqteyi-nəzərindən sənaye Orta Dəhlizə yaxınlaşır”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti