Ben-Qvir İsraili Folklend adalarının suverenliyini tanımağa çağırıb

Dünya xəbərləri Materials 8 Sentyabr 2026 15:33 (UTC +04:00)
Ben-Qvir İsraili Folklend adalarının suverenliyini tanımağa çağırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkə hakimiyyətini Argentina üzərində Folklend (Malvin) adalarının suverenliyini rəsmi şəkildə tanımağa çağırıb.

Bu barədə İsrail KİV məlumat yayıb.

O bildirib ki, adalar “işğal altında olan Argentina ərazisidir” və Böyük Britaniyanı həmin ərazidə neft hasil etməkdə ittiham edib.

Ben-Qvir həmçinin baş nazir Benyamin Netanyahunu Böyük Britaniyanın adalar üzərində nəzarətinə son qoyulana qədər bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti