Bakı.Trend:
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk süni intellektin inkişafının bəşəriyyətin mövcudluğu üçün təhlükə yarada biləcəyini bildirib.
Bu barədə BMT-nin rəsmi saytında məlumat dərc olunub.
O, Cenevrədə BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyasının açılışında çıxış edərkən qeyd edib ki, hazırda süni intellekt üzərində qeyri-məhdud hakimiyyət demək olar, bir neçə şəxsin əlində cəmlənib.
V. Türk gec olmadan süni intellektin təhlükəsizliyi ilə bağlı təcili şəkildə beynəlxalq qaydaların hazırlanmasına və bu sahədə “qırmızı xətlərin” müəyyənləşdirilməsinə çağırıb.
