Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp Norveç kralı V Haraldın dəfn mərasimində iştirak etməyəcək.
Bu barədə NRK teleradio şirkəti məlumat yayıb.
Bildirilib ki, ABŞ mərasimdə gözləniləndən daha aşağı səviyyədə təmsil olunacaq. Ağ Evin sentyabrın 9-da keçiriləcək mərasimə kimi göndərəcəyi hələlik məlum deyil. NRK xatırladır ki, 1991-ci ildə kral V Olavın dəfn mərasimində ABŞ-nin vitse-prezident Ceyms Kveyl təmsil edib.
Norveçin bəzi KİV-ləri hesab edir ki, ABŞ-ni mərasimdə birinci xanım Melaniya Tramp təmsil edə bilər. İştirakı təsdiqlənən qonaqlar arasında Avropa ölkələrinin, eləcə də İordaniya və Yaponiyanın kral ailələrinin nümayəndələri, bir sıra ölkələrin dövlət və hökumət başçıları, həmçinin əsasən Avropa ölkələrindən olan nazirlər var.
Qeyd edək ki, 89 yaşlı Norveç kralı V Harald infeksiya və hemolitik anemiyanın ağırlaşmaları səbəbindən xəstəxanaya yerləşdirildikdən doqquz gün sonra, avqustun 28-də vəfat edib. Taxt onun 53 yaşlı oğlu Hokona keçib və o, rəsmi olaraq VIII Hokon adını qəbul edib.
