Bakı. Trend:
İran yeni gəmiəleyhinə raketi sınaqdan keçirərək onu ABŞ-yə məxsus aviadaşıyıcının üzərindən buraxıb.
Bu barədə mənbələr Press TV telekanalına məlumat veriblər.
“İlk dəfə olaraq gəmiəleyhinə raketimizi birbaşa ABŞ-nin hərbi gəmisinin üzərində sınaqdan keçirdik”, – İran təhlükəsizlik xidmətinin nümayəndəsi bildirib.
Daha sonra İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi sınağın keçirildiyini təsdiqləyib və raketin buraxılmasından qısa müddət sonra aviadaşıyıcının sınaq zonasını tələsik tərk etdiyini bildirib.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) üç İran neft tankerinə zərbələr endirildiyini açıqlamışdı.
“5 sentyabrda Mərkəzi Komandanlığın qüvvələri üç İran neft tankerinə zərbələr endirib. Bu, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) regionun sularında patrul xidməti aparan ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisinə doğru ballistik raketlər buraxmasından sonra baş verib”, – CENTCOM-un yaydığı məlumatda bildirilib.
