Yeni tədris ili ilə əlaqədar məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir (VİDEO)

Cəmiyyət Materials 7 Sentyabr 2026 10:00 (UTC +04:00)
Yeni tədris ili ilə əlaqədar məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Yeni tədris ili ərəfəsində paytaxtda təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər gücləndirilir.

Bu barədə Dövlət Yol Polisi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, tədris ilinin başlaması ilə məktəblərin ətrafında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağı nəzərə alınaraq, DYP və AYNA əməkdaşları tərəfindən yol şəraitinə nəzarət gücləndirilir.

Məktəblərin yerləşdiyi ərazilərdə yol hərəkətinin təşkili vəziyyəti araşdırılır, mövcud yol nişanları və nişanlanma xətləri nəzərdən keçirilir, aşkar olunan çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır.

Eyni zamanda, məktəblərin qarşısındakı piyada keçidlərinin, yol nişanlarının və digər texniki vasitələrin vəziyyətinə xüsusi diqqət yetirilir.

Bildirilib ki, görülən tədbirlərin əsas məqsədi şagirdlərin məktəbə gediş-gəlişi zamanı təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti